newsPhoto

Dövlət Miqrasiya Xidmətində Hollandiyalı alimin mühazirəsi təşkil olunub

Dövlət Miqrasiya Xidmətində Amsterdam Azad Universitetinin miqrasiya hüququ və beynəlxalq himayə sahəsi üzrə tanınmış alimi Qalina Kornelisin "Miqrasiya və təhlükəsizlik" mövzusunda mühazirəsi dinlənilib.

Xanım Kornelis, Avropada fundamental hüquqlar, beynəlxalq hüquq, miqrasiyanın idarə olunması modeli, miqrasiya qanunvericiliyinin inkişafı, miqrasiya və əmək, miqrasiya və təhlükəsizlik, qaçqınların müdafiəsi və digər mövzular barədə ətraflı məlumat verib.

Tədbir Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə (MSİBM) birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur