Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin yeni əməkdaşları təlimə başladılar

Azərbaycan  Respublikasının Dövlət Miqrasiya Xidmətinə kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə yeni qəbul olunmuş dinləyicilər üçün təlim təşkil edilib.

Təlim çərçivəsində dinləyicilərə “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin səmərəli təşkili”, “Vətəndaş məmnunluğunun təmin edilməsi”, “Miqrasiya orqanlarında qulluq keçmə qaydaları və şərtləri”, “Miqrasiya orqanları işçilərinin hüquq və vəzifələri”, “Kargüzarlıq xidmətinin əsas vəzifələri və işin təşkili”, “Miqrasiya orqanlarında vahid uçot sisteminin təşkili”, “Kargüzarlığın elektron qaydada aparılmasının tənzimlənməsi”, “Miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları və bu qaydaların pozulmasına görə məsuliyyət”, “Mədəni davranış və ünsiyyət qurmaq bacarığı” mövzularında mühazirə və seminarlar təşkil olunub.

Təlim prosesində dinləyicilərin sualları cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti