Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Qax və Şəki şəhərlərində səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qax və Şəki şəhərlərində növbəti səyyar xidmət təşkil olunub. Səyyar xidmətin imkanlarından istifadə edən 1 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və 1 nəfərdən isə müvəqqəti  yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib.

Səyyar xidmətin təşkil edilməsinin əsas məqsədi ucqar kəndlərdə yaşayan, sosial və sağlamlıq imkanlarına görə bilavasitə regional miqrasiya idarəsinə müraciət etməkdə çətinlik çəkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərinin qəbulunu yerində və operativ cavablandırılmasını həyata keçirməkdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti