Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)  Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Görüşdə V. Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, eləcə də vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə bu kateqoriyadan olan şəxslərə, onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir.

Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında mövcud səmərəli əlaqələr nəticəsində əldə edilən nailiyyətləri güclənən əməkdaşlığın göstəricisi olduğunu diqqətə çatdırıb.

Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso iki qurum arasında əlaqələrin müvəffəqiyyətlə davam etdirməsinin zəruriliyinə toxunub, vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətinin davamlı olacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti