Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Sərhəd buraxılış məntəqələrində çalışan işçilər üçün ixtisasartırma kursu təşkil edilib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Sərhəd buraxılış məntəqələrinin miqrasiya şöbələrində çalışan işçilər üçün ixtisasartırma kursu təşkil edilib.

Təlimin keçirilməsində məqsəd miqrasiya orqanları əməkdaşlarınıın peşə hazırlığının və ixtisaslarının artırılması, əldə edilən biliklərin və vərdişlərin gündəlik iş prosesində tətbiqi və iş keyfiyyətinin yüksəldilməsidir.

Kurs çərçivəsində dinləyicilərə ““İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu”, “İnzibati Xətalar Məcəlləsi və Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklər”, “Xidmətdə istifadə olunan sistem və proqram təminatlarının funksionallıqları. Vahid Miqrasiya Məlumat Sistemi və Elektron sənəd dövriyyəsi”, “Sərhəd buraxılış məntəqələrində miqrasiya şöbələrinin (bölmələrinin) fəaliyyət istiqamətləri, qarşıya qoyulan vəzifələr”, “Məsuliyyət - vəzifələrə məsuliyyətlə yanaşaraq onların vaxtında və keyfiyyətlə icra edilməsidir”” mövzularında mühazirə və seminarlar təşkil olunub.

Təlim prosesində mövzularla bağlı suallar təlimçilər tərəfindən cavablandırılıb və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Miqrasiya məsələləri ilə əlaqədar müraciət edən insanların məmnunluğu və istifadəçilərə daha keyfiyyətli xidmət göstərilməsi Dövlət Miqrasiya Xidmətində daim nəzarətdə saxlanılır.  

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti