newsPhoto

Dövlət Miqrasiya Xidmətində ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüş olub

Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevlə  ABŞ Dövlət Departamentinin İnsan Alverinə qarşı Monitorinq və Mübarizə Ofisinin xarici əlaqələr üzrə məsul əməkdaşı Atsuki Takahaşi arasında görüş keçirilib.

Görüşdə ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı hesabatının hazırlanması məqsədilə Azərbaycanın insan alverinə qarşı həyata keçirdiyi tədbirlər çərçivəsində DMX tərəfindən görülən işlərə dair müzakirələr aparılıb. 

Xidmət rəisinin müavini Pərviz Musayev DMX tərəfindən insan alverinə qarşı mübarizə istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirib ki, DMX öz fəaliyyətində insan alverinə qarşı mübarizə ilə bağlı qəbul edilmiş sənədlərin icrası istiqamətində müvafiq tədbirlər görür. Belə ki, ölkə ərazisində yaşamaları üçün əsası olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, insan alveri və qanunsuz miqrasiyanın yaratdığı təhlükələr barədə ictimaiyyətin maarifləndirilməsi, məcburi əmək hallarının aradan qaldırılması və s. istiqamətlərdə digər dövlət qurumları ilə birgə işlər davam etdirilir. Paytaxtda və regionlarda müntəzəm olaraq maarifləndirilmə tədbirləri, “Açıq qapı günü”-vətəndaş forumları, görüşlər, eləcə də səyyar xidmətlər təşkil edilir.

ABŞ Dövlət Departamentinin İnsan Alverinə qarşı Monitorinq və Mübarizə Ofisinin xarici əlaqələr üzrə məsul əməkdaşı Atsuki Takahaşi səmimi görüşə görə minnətdarlıq edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur