Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Zaqatalada maarifləndirmə tədbiri və səyyar xidmət təşkil edilib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisi olan  Zaqatalada əhalinin  miqrasiya   qanunvericiliyi  sahəsində  maarifləndirməsi  və qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin aşkar edilməsi məqsədi  ilə rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı  ilə görüş keçirilib. Regional miqrasiya idarəsinin məsul əməkdaşları iştirakçılara miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər haqqında məlumat verib, onları maraqlandıran sualları qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırıblar.

Elə həmin gün, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən  DMX-yə  edilən  bütün növ müraciətlərin qəbulunu yerində  və  operativ  şəkildə həyata keçirmək məqsədi ilə Zaqatalada səyyar xidmət  təşkil olunub. Səyyar xidmətin imkanlarından 25 şəxs  istifadə edib. Belə ki, onlardan 14-nə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 6-na vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 5 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahıları təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.    

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti