Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti İsmayıllıda səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti (DMX) Ağsu regional miqrasiya idarəsinin  xidməti  ərazisinə  daxil  olan İsmayıllı rayonun Ruşan, Qalagah, Qalıncaq kəndlərində   uzun müddət etibarsız sənədlərlə yaşayan, vətəndaşsızlıq vəziyyətində olan, həmçinin sosial imkanına görə bilavasitə aidiyyəti üzrə müraciət etməkdə çətinlik çəkən şəxslərin sənədləşdirilməsi istiqamətində növbəti səyyar xidmət  təşkil edib.

Səyyar xidmətin imkanlarından 9 şəxs  istifadə edib. Onlardan 7 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə bağlı aidiyyəti üzrə müraciət etmələri izah edilib və 1 şəxsə vətəndaşlıq mənsubiyyətinin  müəyyənləşdirilməsi məqsədilə sənəd siyahısı verilib. Ağsu  regional  miqrasiya  idarəsinə müvəqqəti yaşamaq icazəsi  alınması ilə  bağlı müraciəti daxil olmuş, lakin səhhəti ilə bağlı idarəyə gəlməkdə çətinliyi olan 1 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti