Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“İnzibati icraat haqqında” qanunun tətbiqi ilə bağlı təlim

Dövlət Miqrasiya Xidmətinin aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilərə peşə hazırlığının yüksəldilməsi məqsədilə Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzi tərəfindən praktiki məşğələlərdən ibarət təlimlər təşkil edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi istiqamətində təşkil olunmuş növbəti təlim Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti Sübhan Əliyev tərəfindən keçirilib. Təlimdə ölkəmizdə həyata keçirilən inzibati hüquq islahatlarının tərkib hissəsi olan adıçəkilən qanunun inzibati orqanların hüquqi dövlət prinsiplərinə uyğun və şəffaf fəaliyyətini təmin etməklə yanaşı, korrupsiyaya qarşı mübarizədə mühüm bir vasitə olduğu da bildirilib.

Təlimdə fikir mübadiləsi aparılıb, ortaya çıxan suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti