newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi MOBİLAZE layihəsinin koordinatoru ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin aparatında Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) layihəsinin koordinatoru Violeta Vaqner ilə görüşüb.

Görüşün məqsədi MOBİLAZE layihəsinin icrası, DMX ilə razılaşdırılmış yeni reinteqrasiya layihəsinin müzakirəsi olub.

Görüşdə V.Hüseynov Avropa İttifaqı ilə həyata keçirilən MOBILAZE layihəsinin Azərbaycan dövlət qurumları üçün əhəmiyyətini qeyd edib Bildirib ki, komponentlər üzrə imkanlar spektrini genişləndirməsi ümumi prinsiplərə müsbət təsirini göstərə bilər. 

MOBİLAZE layihəsinin koordinatoru Violeta Vaqner layihə çərçivəsində görülən işlər və gələcək planlar barədə məlumat verib.

Fikir mübadiləsi şəraitində keçən görüşdə layihənin nəticələri qənaətbəxş qiymətləndirilib. Ölkəmizlə Aİ arasında readmissiya, miqrasiya və qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində sıx əməkdaşlıq qeyd edilib. 

Qeyd edək ki, 36 aylıq müddəti əhatə edən  MOBİLAZE layihəsinin icrasına 2016-cı il yanvarın 15-dən başlanılıb. Layihəyə Aİ-nin 7 ölkəsindən 9  qurum cəlb olunub. 5 komponentdən ibarət olan layihə məlumatlı miqrasiya siyasətinin hazırlanması üçün analitik səriştənin qurulması, Azərbaycana və Azərbaycandan digər ölkələrə qanuni miqrasiya, sənədlərin təhlükəsizliyi, sığınacaqla bağlı qərarların qəbul edilməsi prosedurunun təkmilləşdirilməsi,  geri qayıdış və reinteqrasiya məsələlərini əhatə edir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur