Dövlət Miqrasiya Xidməti Qurban bayramı münasibətilə əcnəbilər üçün tədbirlər təşkil edib
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi açılıb.
Mərasim iştirakçılarına mənəvi birlik və həmrəylik rəmzi sayılan müqəddəs Qurban bayramı münasibətilə təbriklər çatdırılıb. Bildirilib ki, yüksək əhval-ruhiyyə ilə qeyd edilən bu bayram cəmiyyətimizdə saflıq və xeyirxahlıq hisslərini aşılayır.
İnsanların fədakarlığını daha da gücləndirən, hər bir bəşər övladına mərhəmət təlqin edən bu əziz bayram münasibətilə, həmçinin ölkəmizdə qaçqın statusu almış şəxslərlə DMX-nin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsində görüş keçirilib. Onlara bayram sovqatları hədiyyə edilib.
Hər iki tədbirin iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.