Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 112 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son dörd gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı ümu­­mi­likdə 112 əcnə­bi sax­­­la­nıl­ıb. Onlardan 22-si Rusiya, 18-i Gürcüstan, 13-ü Türkmənistan, 12-si Hindistan, 9-u Pa­kis­tan, 7-si Özbəkistan, 6-sı Ukrayna, 6-sı İran, 4-ü Türkiyə, 3-ü İraq, 3-ü Nigeriya, 2-si Qazaxıstan, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Nepal, 1-i Mərakeş, 1-i Fransa, 1-i Norveç və 1-i Suriya vətəndaşıdır.

Saxlanılmış 6 nəfər Pakistan, 3 nəfər Nigeriya, 2 nəfər Hindistan və 1 nəfər Qazaxıstan vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 13 nəfər Türkmənistan (səy­yar ticarət) və 3 nəfər Hindistan vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 84 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 89 nəfər barəsində inzibati qərarlar qəbul edilib,  digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə  tədbirlərini da­vam etdirir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti