Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 42 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti  (DMX) qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zəni da­vam etdirir.

Xidmət tərəfindən avqustun1-də və 2-də qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 10-u Hindistan, 7-si Türkmənistan, 5-i Gürcüstan, 4-ü Türkiyə, 2-si Birləşmiş Ərəb Əmirliyi, 2-si Pa­kis­tan, 2-si İraq, 2 -si Tacikistan, 1-i Birləşmiş Krallıq, 1-i Rusiya, 1-i Əfqanıstan, 1-i Ukrayna, 1-i Moldova, 1-i Niderland, 1-i Filippin və 1-i İran vətəndaşı ol­maq­la, ümu­­mi­likdə 42 əc­­nə­bi sax­­­la­nıl­ıb.

Saxlanılmış 10 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkiyə vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 3 nəfər Türkmənistan (səy­yar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 25 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

O cümlədən, əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarılmış 1 nəfər 08.06.1982-ci il təvəl­lüd­lü İraq vətəndaşı Ahmad Jabbar Kadim Tameeminin bi­lə­rək­dən pasport məlumatlarını dəyişərək Ahmad Gabar Kadim Tameemi kimi yenidən Azərbaycan Res­pub­li­kasının ərazisinə daxil olduğu aşkar edilib.

Saxlanılmış əcnəbilərdən 31 nəfər barəsində inzibati qərarlar qəbul edilib,  digər əcnəbilərin Azərbaycan Respub­li­ka­­sı hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti