Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Lənkəranda vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı tədbir keçirib

Vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Miqrasiya Xidməti müntəzəm olaraq tədbirlər keçirir.

Növbəti regional tədbir Lənkəranda təşkil edilib. Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin, məhkəmə orqanlarının, polis şöbələrinin pasport və qeydiyyat bölmələrinin səlahiyyətli şəxsləri, bələdiyyə üzvləri və inzibati ərazi dairəsi üzrə icra nümayəndələri, təhsil işçiləri, ictimaiyyət təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Təbir iştirakçılarına DMX-nın fəaliyyət istiqamətləri, vətəndaşlıq məsələlərinin həllində Xidmətin üzərinə düşən vəzifələr və vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanunda müəyyən edildiyi kimi, son beş il ərzində fasiləsiz olaraq respublika ərazisində qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Diqqətə çatdırılıb ki, 2018-ci ilin 6 ayı ərzində əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ölkə vətəndaşlığına qəbul ilə bağlı dövlət Miqrasiya Xidmətinə 320 müraciət daxil olub və onlardan 58-i Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Vətəndaşlığa bərpa  ilə bağlı 7 müraciət daxil olub, onlardan 2-si ölkə vətəndaşlığına bərpa edilib. Xidmətə şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı edilən 13.341 müraciətdən  11.804-i Azərbaycan Respublikasının vətəndaşı sayılıb, 1.600-ü  ölkə vətəndaşı sayılmayıb, tələb olunan sənədlər təqdim olunmadığından 991-nin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi mümkün olmayıb.

Tədbirdə Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin və qanunsuz yaşayan əcnəbilərin sənədləşdirilməsi üçün yerli icra orqanları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi ilə bağlı səyyar sənəd qəbulu təşkil edilib. 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti