Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşüb.

Tanışlıq xarakterli görüşdə V.Hüseynov DMX ilə BMT-nin Azərbaycandakı nümayəndəliyi, o cümlədən  təşkilatın bir çox təsisatları arasında sıx əlaqələrin qurulduğunu məmnunluqla qeyd edib. 

Xidmət rəisi DMX-nin fəaliyyəti barədə məlumat verib. Miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində ölkəmizdə görülən əsaslı işlərdən söhbət açıb. Bildirib ki, miqrasiya ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik təkmilləşdirilir, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Təmsil etdiyi qurum ilə DMX arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirib. Mövcud olan əlaqələrin perspektivlərinə toxunub. Qlobal bir məsələ olan miqrasiya  prosesləri və bu proseslərin idarə edilməsi istiqamətində Azərbaycanda əldə olunan nailiyyətlərin önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, həmçinin gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti