Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi təşkil edilib

Humanizmin, şəfqət və mərhəmət duyğularının, milli-mənəvi həmrəyliyin təntənəsini nümayiş etdirən Ramazan bayramı ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilir.

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  üçün Ramazan bayramı münasibətilə süfrə açılıb. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu müqəddəs ayda tutulan orucların, edilən duaların Tanrı dərgahında qəbul olunması arzulanıb.

 Bayram tədbirində Mərkəzin rəisi Taleh İbrahimov bildirib ki, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmaları, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları daim diqqət mərkəzində saxlanılır, onlara hər zaman qayğı göstərilir. Təşkil edilən bu bayram süfrəsi də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə multikultural və tolerant prinsiplərə yüksək qiymət verən dövlətimizin qayğısının nümunəsidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti