Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin inzibati binasında İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

Tanışlıq xarakterli görüşdə Azərbaycan ilə İtaliya arasında dostluq və səmərəli əlaqələrin müxtəlif istiqamətlərdə uğurlu inkişafına toxunulub, ölkələrimizin miqrasiya sahəsində müvafiq qurumlarının əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib.

V.Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı söhbət açıb. Gündən-günə dinamik inkişaf edən respublikamıza gələn əcnəbilərin sayının artdığını söyləyən Xidmət rəisi onların rahatlıqlarının təmin edilməsi məqsədilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

Səmimi qəbula görə təşəkkür edən səfir Auqusto Massari ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini və bu əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti