Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 23 əcnəbi saxlanılıb
Son 3 gün ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14-ü Pakistan, 7-si Türkiyə və 2-si Nigeriya vətəndaşı olmaqla, ümumilikdə 23 əcnəbi saxlanılıb.
Saxlanılmış Pakistan vətəndaşlarından 10 nəfərin ölkəmizin ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu məlum olub.
Türkiyə, Nigeriya və qalan 4 nəfər Pakistan vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları müəyyən edilib.
Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunb və barələrində qərarlar qəbul edilib.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.