Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün təlim təşkil olunub

Dövlət Miqrasiya Xidmətinin (DMX) Təlim-tədris mərkəzində Xidmətin əməkdaşları üçün vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı təlim təşkil edilib.

Kursun məqsədi Dövlət Miqrasiya Xidmətinə müraciət edən vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunun təmin edilməsi üçün əməkdaşların peşəkarlıqlarının, bilik və bacarıqlarının artırılmasıdır.

Kursa DMX-nin aparatı və regional miqrasiya idarələrinin vətəndaşların qəbulu və müraciətlərinə baxılması, eləcə də sərhəd buraxılış məntəqələrində miqrasiya şöbələrinin və bölmələrinin əməkdaşları cəlb edilib.

Qısamüddətli kursda vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı mövcud problemlər və onların aradan qaldırılması yolları, vətəndaş məmnuniyyəti və stressin idarə edilməsi, ünsiyyət zamanı etik davranış qaydaları müzakirə olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti