newsPhoto

İsmayıllı rayonun İvanovka kəndində səyyar xidmət

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonun İvanovka kəndində növbəti səyyar xidmət təşkil edilib.

Səyyar xidmət zamanı Ağsu regional miqrasiya idarəsinə daimi yaşamaq icazəsinin müddətinin uzadılması ilə bağlı müraciət etmiş 01 iyul 1937-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Tatıana Ermalovaya idarəyə gəlməkdə çətinliyi olduğu üçün yaşadığı ünvanda daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub. T. Ermalova  göstərilən bu diqqət və qayğıya, həmçinin miqrantların hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən uğurlu siyasətə görə Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

İvanovka kəndində səyyar xidmətin imkanlarından ümumilikdə 8 şəxs istifadə edib. Onlardan 1 nəfərə Azərbaycan vətəndaşlığına qəbul, 2 nəfərə müvəqqəti yaşama, 3 nəfərə daimi yaşama icazəsinin verilməsi ilə bağlı tələb olunan sənədlərin adlı siyahıları, 1 nəfərə daimi yaşamaq üçün icazə vəsiqəsi və 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığının tanınması barədə qərar təqdim edilib.    

Səyyar xidmətin təşkil olunmasının əsas məqsədi regional idarənin xidməti ərazisinə daxil olan rayonların ucqar kəndlərində sağlamlıq və maddi imkanı məhdud olan, əlillik dərəcəsinə görə bilavasitə müraciət etməkdə çətinlik çəkən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərin qəbulunu və cavablandırılmasını həyata keçirməkdir. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur