Balakəndə 37 şəxsə səyyar xidmət göstərilib
Dövlət Miqrasiya Xidməti tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Balakəndə səyyar xidmət təşkil edilib. Məqsəd əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən DMX-yə edilən bütün növ müraciətlərin qəbulunu yerindəcə operativ şəkildə icra etməkdir.
Səyyar xidmətin imkanlarından 37 şəxs istifadə edib. Belə ki, onlardan 4 nəfərin Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 2 nəfərin isə müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədləri qəbul edilib. Həmçinin 13 şəxsə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 11 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa 7 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, o cümlədən daimi yaşama və iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.