newsPhoto

3437 əcnəbiyə müvəqqəti yaşama icazəsi verilib

Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aprel ayında müvəqqəti yaşama ilə bağlı 3437,  daimi yaşama (müddətin uzadılması) ilə bağlı 457 icazə vəsiqəsi verilib.  42 nəfərin isə ölkədə müvəqqəti olma müddəti uzadılıb.

 Qeyd edək ki, DMX tərəfindən ay ərzində ümumilikdə 3936 şəxsə respublikamızda müvəqqəti və daimi yaşama,  o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur