newsPhoto

Küveytlə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq genişlənir

Ölkələrimiz arasında miqrasiya sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında baş yaşayış icazəsi idarəsinin rəisi Talal Marefi ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov arasında keçirilən görüşdə geniş fikir mübadiləsi aparılıb. Xidmət tərəfindən Küveytin müvafiq qurumları ilə miqrasiya sahəsində daha sıx əməkdaşlıq etmək istəyinin, o cümlədən müqavilə-hüquq bazasının genişləndirilməsinə marağın olduğu ifadə edilib.

Görüşdə dövlətlərimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən söhbət açılıb. Bu əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda Prezident İlham Əliyev və Küveytin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah tərəfindən uğurlu siyasətin  həyata keçirildiyi xüsusi vurğulnaıb.

Azərbaycanının Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyi, 2017-ci ilin oktyabrında Bakıda keçirilmiş 1-ci Azərbaycan-KƏŞ ölkələri biznes forumunun əhəmiyyəti qeyd edilib.

Daha sonra Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Azərbaycanda miqrasiya proseslərinin tarixi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bu gün respublikamzıaın miqrasiya baxımından mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyini deyib. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq yaradılmış və Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növünün təqdim edildiyini bildirib. O, Azərbaycanın turizm potensialı barədə də ətraflı söhbət açıb. Turizm sahəsinin inkişafı ilə bağlı dövlət səviyyəsində tədbirlər görüldüyünü deyən Xidmət rəisinin müavini bildirib ki, bu kontekstdə hazırda Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza alıb, heç bir maneəsiz ölkəyə gələ və ölkədən gedə bilirlər. P.Musayev son illər ölkəmziə səfər edən Küveyt vətəndaşlarının da sayının xeyli artdığını bildirib.

Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında baş yaşayış icazəsi idarəsinin rəisi Talal Marefi ölkəmizə səfərindən, paytaxtımızla tanışlıqdan məmnun olduğunu deyib. DMX-nin fəaliyyət istiqamətlərinin yüksək səviyyədə olduğunu bildirib. Gələcəkdə miqrasiya sahəsində mövcud imkanların  öyrənilməsi və tətbiqi üçün təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

Sonda hədiyyələr təqdim edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur