newsPhoto

Azәrbaycan Respublikasının vәtәndaşlığına qәbul edilmiş şәxslәr and içiblәr

Azәrbaycan Respublikasının vәtәndaşlığına qәbul vә bәrpa edilmiş şәxslәrin martın 29-da Dövlәt Miqrasiya Xidmәtindә tәntәnәli andiçmә mәrasimi keçirilib.

Azәrbaycan Prezidentinin Sәrәncamları ilə vәtәndaşlığa qәbul edilәn şәxslәrin andiçmә mәrasimindә Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov bildirib ki, Azәrbaycan Prezidentinin 2008­-ci il 6 mart tarixli Fәrmanına müvafiq olaraq, Dövlәt Miqrasiya Xidmәtinin vәtәndaşlıq mәsәlәlәrindә iştirakı tәmin edilib. Həmçinin Azərbaycan Respublikası Prezdentinin 2015-ci il 11 fevral tarixli Fərmanına əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək də bilavasitə DMX-nın vəzifəsi kimi müəyyən olunub.

Tədbirdə Azәrbaycanda son illәrdә hәyata keçirilәn islahatlar nәticәsindә әldә edilәn uğurlardan, beynәlxalq birliyin bәrabәrhüquqlu subyekti kimi sabitliyin yüksәk sәviyyәdә tәmin edildiyi, multikultural dәyәrlәrin hakim olduğu, tolerantlıq nümunәsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi vә mәdәni mühitinә verdiyi töhfәlәrdәn danışılıb. Azәrbaycanda yaşamaq, işlәmәk, tәhsil almaq, xüsusilә respublikamızın vәtәndaşı olmaq istәyәnlәrin sayının ildәn-­ilә artdığı qeyd olunub.

Vәtәndaşsızlıq hallarının aradan qaldırılması ilә bağlı ölkәmizdә görülmüş işlәrә dә nәzәr salınıb. Təkcə 2017-ci il ərzində 31 min 690 şəxsin vətəndaşlıq mənsubiyyəti araşdırılıb və 27 min 88 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib.

Sonra vәtәndaşlığa qәbul edilmiş 58 və bərpa olunmuş 2 şәxs dövlәt bayrağı önündә Azәrbaycan Respublikasının Konstitusiyasına әl basaraq Azәrbaycan Respublikasına sadiq olacaqları barәdә tәntәnәli surәtdә and içiblәr.

Andiçmә “Azәrbaycan Respublikasının vәtәndaşlığı haqqında Qanun”a 2014­-cü il 30 dekabr tarixdә әlavә edilmiş yeni mәzmunda 15­-1.­-ci maddәyә әsasәn keçirilir.

And içәn Azәrbaycan Respublikasının vәtәndaşı andın mәtnini imzalayır vә bu sәnәd Dövlәt Miqrasiya Xidmәtindә saxlanılır.

 Tәdbir Dövlәt Himninin ifası ilә yekunlaşıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur