newsPhoto

Dövlət Miqrasiya Xidməti Neftçala rayonu ərazisində səyyar sənəd qəbulu keçirib

Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Neftçala rayonu ərazisində rayon polis şöbəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat qrupu əməkdaşlarının iştirakı ilə sənədsiz yaşayan şəxslərin səyyar qəbulu həyata keçirilib.

Rayonun Xıllı və Bankə qəsəbələrinin, Aşağı Surra, Yuxarı Qaramanlı, Boyat, Xol Qarabucaq və Xol Qaraqaşlı kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin inzibati binasında, həmçinin yaşadıqları ünvanlarda keçmiş sovet pasportu və ya doğum haqqında şəhadətnamə ilə sənədsiz yaşayan 23 nəfərin  müraciətləri dinlənilib. Dövlət Miqrasiya Xidmətinin Şirvan regional miqrasiya idarəsinin əməkdaşları müraciət edənlərlə vətəndaşlıq və miqrasiya məsələlərinə dair Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri ilə bağlı izahedici söhbət aparıblar.

DMX tərəfindən səyyar xidmət göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na uyğun olaraq həmin şəxslərin vətəndaşlıq mənsubiyyətlərinin müəyyən edilməsi üçün sənədləri qəbul edilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur