newsPhoto

Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatı

12 və 14 fevral 2018-ci il tarixlərdə Dövlət Miqrasiya Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 24 nə­fər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan və­­tən­da­şı olmaqla, ümumilikdə 26 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türk­mənistan vətəndaşının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edil­miş məqsədinə əməl etmədiyi məlum olub.

Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əla­qələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının öl­kəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edil­ib. Qeyd olunan şəxslər Hindistan vətən­daş­la­rı­nı aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azər­­bay­can Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəy­yən məb­ləğdə pul vəsaitlərini mənimsəyiblər. N.D.Patel al­da­dı­laraq ölkə əra­­zi­si­nə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi ra­yon­la­rı əra­zi­sin­dəki müxtəlif ünvanlarda yer­ləş­dir­ib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azər­bay­can Res­­publikasını tərk edib.

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur