newsPhoto

Dövlət Miqrasiya Xidməti Quba “ASAN xidmət” mərkəzində seminar keçirib

Xaçmaz regional miqrasiya idarəsi tərəfindən Quba “ASAN xidmət” mərkəzində “Dövlət Mirqasiya Xidmətinin həyata keçirdiyi xidmətlərin təşkili” mövzusunda seminar  keçirilib.

Tədbirdə Quba “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları və könüllülər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Quba “ASAN xidmət” mərkəzinin direktoru Elman İsayev Dövlət Miqrasiya Xidmətinin miqrasiya sahəsində maarifləndirmə məqsədilə təşkil etdiyi seminarın əhəmiyyətini qeyd edib.

Xaçmaz  regional  miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Hidayət Rüstəmov “Dövlət Mirqasiya Xidmətinin həyata keçirdiyi xidmətlərin təşkili” mövzusunda məruzə edib.

Məlumat verib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Xidmətin Bakı, Şirvan, Lənkəran, Gəncə, Yevlax, Şəki, Ağsu və Xaçmaz  regional  idarələri  tam gücü ilə fəaliyyət göstərir.

Dövlət Miqrasiya Xidməti 10 gündən artıq ölkədə qalmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı funksiyaları yerinə yetirir. Qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini həyata keçirir.

DMX-nın Bakı və Yevlax şəhərlərində fəaliyyət göstərən Qanunsuz Miqrantların Saxlanılması mərkəzləri beynəlxalq standartlara tam cavab verir.

Bununla yanaşı, ölkə üzrə fəaliyyət göstərən 11 ASAN xidmət mərkəzinin hər birində Xidmətin əməkdaşları əcnəbi və vətəndaşlığı olmayan şəxslərə, habelə, Azərbaycan Respublikası vətəndaşlarına xidmət göstərirlər.

Bildirilib ki, Xidmətin ötən il əldə etdiyi uğurlardan biri  də dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilməsinin nəticələrinə əsasən Dövlət Miqrasiya Xidməti ilk sıralarda yer tutmasıdır.

Sonra regional  miqrasiya idarəsinin məsul əməkdaşı miqrasiya qanunvericiliyində vacib məqamları iştirakçıların diqqətinə çatdırıb.

Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur