Tovuzda keçirilən səyyar xidmətin imkanlarından 30 nəfər istifadə edib
Dövlət Miqrasiya Xidmətinin Gəncə regional miqrasiya idarəsi Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının qərərgahında vətəndaşlar, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.
Səyyar xidmət zamanı sənədlərin qəbul edilməsi, müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair arayışlar təqdim edilib.
30 nəfər səyyar xidmətin imkanlarından istifadə edib. Onlardan 1 nəfərə daimi yaşamaq üçün icazə vəsiqəsi, 13 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi barədə arayış verilib. 2 nəfərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması, 2 nəfərin müvəqqəti yaşama icazəsi almaq üçün sənədləri qəbul edilib. 1 nəfərə vətəndaşlıq məsələləri, 1 nəfərə isə müvəqqəti yaşama icazəsi ilə bağlı tələb edilən sənədlərin siyahısı təqdim olunub.
10 şəxsin müxtəlif məzmunlu müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq cabvablandırılıb.