newsPhoto

Astarada 14 nəfərə səyyar xidmət göstərilib

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq və onlara müvafiq sənədlərin təqdim olunmasını təmin etmək, eləcədə müraciət edənlərin miqrasiya orqanlarında göstərilən xidmətlərdən məmnunluğunun artırılması məqsədilə Astara rayon Mərkəzi Kitabxanasında Lənkəran regional miqrasiya idarəsi növbəti səyyar xidmət həyata keçirib.

Səyyar qəbul zamanı 14 nəfərə xidmət göstərilib. Belə ki, 11 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub və 3 şəxsə isə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.

Görüş zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat qaydaları, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi, eləcə də Xidmətin səlahiyyətlərinə dair digər mövzularda izahedici söhbət aparılıb və suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur