newsPhoto

Qusarda növbəti səyyar xidmət təşkil edilib

Dövlət Miqrasiya Xidməti Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.

Rayonun Gənclər Mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 48 şəxs  istifadə edib. Belə ki, 5 nəfərin müvəqqəti yaşama icazəsi,   9 şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, 2 nəfərin vəsiqə dəyişmə ilə bağlı müraciətləri qəbul olunub. 15 nəfərə  vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış, 11 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilib. 6 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.

 

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur