newsPhoto

Salyanda ictimaiyyətin miqrasiya sahəsində hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib

Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Salyanda miqrasiya sahəsində vətəndaşların hüquqi maarifləndirilməsi məqsədilə əcnəbilərin  və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə  nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanları əməkdaşlarının, o cümlədən rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu əməkdaşlarının iştirakı ilə “Azərbaycan Respublikasında qeyri qanuni yaşayan əcnəbilərin və vətəndaşlığı  olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması”  mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinın fəaliyyət istiqamətləri, miqrasiya qanunverciliyi, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri barədə məlumat verilib. Həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşama, həmçinin daimi yaşama icazələrinin alınması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və vətəndaşlığa qəbul ilə bağlı müvafiq prosedurlar izah olunub.

Aidiyyəti inzibati ərazi dairələri üzrə nümayəndələrlə Salyan rayonu ərazisində sənədsiz və ya qeydiyyatsız olaraq qeyri-qanuni yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi istiqamətində izahedici söhbət aparılıb.

Tədbirin sonunda vətəndaşların səyyar qəbulu təşkil olunub, müraciət edən 4 nəfərin hər biri təlimatlandırılaraq vətəndaşı olduqları ölkələrin Azərbaycan Respublikasındakı səfirliyinə müraciət etməklə pasport və ya qayıdış şəhadətnaməsi almaları tövsiyə olunub. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur