Dövlət Miqrasiya Xidməti Astarada səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Astarada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib.
Regional miqrasiya idarəsindən nisbətən uzaqda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq, xidmət göstərilən kontingentin məmnunluğunu təmin etmək üçün təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 21 şəxs istifadə edib. Onlardan 12 nəfərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib.
8 şəxsə isə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı təqdim olunub.