İş icazəsi alınması üçün (viza rejimli ölkələr üçün) müraciət zamanı əmək və ya işgüzar səfər vizasının olması tələb edilir.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığına xitam verilmə barədə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, (Regional miqrasiya idarələrində və “ASAN Xidmət” vasitəsi ilə) xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edirlər.
Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir
1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində;
2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində;
3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4) Bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.
- Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.
Ərizələr poçt vasitəsilə, ASAN Xidmət, regional miqrasiya idarələrində, həmçinin elektron qaydada (www.migration.gov.az saytında əlaqə pəncərəsindən məktub yazmaq xanasına daxil olmaqla) qəbul olunur.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı hallarda iş icazəsinin alınması tələb olunmur (https://migration.gov.az/content/pdf/5d5e2952be6e9_MM%20(1).pdf).
- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
- Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
- Diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
- Beynəlxalq təşkilatlarda işləyənlərə;
- Beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
- Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
- Kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
- Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş, Azərbaycan Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;
- Dənizçilərə;
- Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
- İncəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
- Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
- Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;
- Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
- Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
- İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;
- Himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.
İş icazəsi ilə bağlı müraciətlər ASAN Xidmət, Regional Miqrasiya İdarələrində və ya elektron qaydada (www.migration.gov.az saytında elektron xidmətlərə keçid etməklə iş icazəsinin alınması və ya iş icazəsinin uzadılması pəncərəsinə daxil olmaqla) qəbul olunur.
Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində müraciətlərin izlənməsi xanasından (elektron xidmətlər bölməsi) müraciətin statusunu, ödənişlərin axtarışı xanasından ödəniş kodunu əldə etmək olar. Ödənişləri isə Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində onlayn ödəmə xanasından (elektron xidmətlər bölməsi), bank filialları, həmçinin expressPay və ASAN ödəniş terminalları vasitəsilə etmək mümkündür.
Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmir və ya əvvəllər verilmiş icazənin müddəti uzadılmır (https://migration.gov.az/content/pdf/5d5e2952be6e9_MM%20(1).pdf).
- Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
- Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
- Şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
- Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə;
- Qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
- Özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);
- Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə;
- Miqrasiya Məcəlləsinin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;
- Xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
- Daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal Miqrasiya Məcəlləsinin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir) olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hallar aradan qalxdıqda;
- Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;
- Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
- Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
- Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.
Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilir.
Aşağıda qeyd olunan əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.
- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;
- İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
- Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.
Daimi yaşamaq icazəsi müraciətləri “ASAN Xidmət”, Regional miqrasiya idarələrində və ya elektron qaydada (www.migration.gov.az saytında elektron xidmətlər-ə keçid etməklə daimi yaşamaq üçün icazə pəncərəsinə daxil olmaqla) qəbul olunur.
Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində müraciətlərin izlənməsi xanasından (elektron xidmətlər bölməsi) müraciətin statusunu, ödənişlərin axtarışı xanasından ödəniş kodunu əldə etmək olar. Ödənişləri isə Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində onlayn ödəmə xanasından (elektron xidmətlər bölməsi), bank filialları, həmçinin expressPay və ASAN ödəniş terminalları vasitəsilə etmək mümkündür.
Müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciətlər ASAN Xidmət, Regional miqrasya idarələrində və ya elektron qaydada (www.migration.gov.az saytında elektron xidmətlər-ə keçid etməklə müvəqqəti olma müddətinin uzadılması pəncərəsinə daxil olmaqla) qəbul olunur.
Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində müraciətlərin izlənməsi xanasından (elektron xidmətlər bölməsi) müraciətin statusunu, ödənişlərin axtarışı xanasından ödəniş kodunu əldə etmək olar. Ödənişləri isə Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində onlayn ödəmə xanasından (elektron xidmətlər bölməsi), bank filialları, həmçinin expressPay və ASAN ödəniş terminalları vasitəsilə etmək mümkündür.
Pandemiya dövründə olduğu yer üzrə qeydiyyatı bitən şəxslərin müvəqqəti olma müddəti DMX tərəfindən sistem üzərindən heç bir sənəd toplamadan avtomatik qaydada artırılır və müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddəti uzadılır (https://migration.gov.az/content/pdf/5d5e2952be6e9_MM%20(1).pdf).
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
- Xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
- Miqrasiya Məcəlləsinin 19.4-cü maddəsində nəzərdə tutulmuş hallarda;
- Tranzit keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilən müddətdən artıq Azərbaycan Respublikasının ərazisində məcburi dayanması aşağıdakı hallarda mümkündür:
- Nəqliyyatın hərəkətinə mane olan təbii fəlakət baş verdikdə;
- Avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);
- Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır);
- Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda. Tranzit keçid zamanı məcburi dayanma baş verdikdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Miqrasiya Məcəlləsinin 41–43-cü maddələrinə uyğun olaraq məcburi dayanmanın səbəbləri aradan qalxanadək artırılır.
Miqrasiya Məcəlləsinin 19.4.3-cü maddəsində nəzərdə tutulmuş halda xəstə şəxslə birlikdə onun yaxın qohumları olduqda, məcburi dayanma onlara da şamil edilir.
Müvəqqəti yaşamaq üçün müraciətlər “ASAN Xidmət”, regional miqrasiya idarələrində və ya elektron qaydada (www.migration.gov.az saytında elektron xidmətlər-ə keçid etməklə müvəqqəti yaşamaq üçün icazə pəncərəsinə daxil olmaqla) qəbul olunur. Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində müraciətlərin izlənməsi xanasından (elektron xidmətlər bölməsi) müraciətin statusunu, ödənişlərin axtarışı xanasından ödəniş kodunu əldə etmək olar. Ödənişləri isə Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində onlayn ödəmə xanasından (elektron xidmətlər bölməsi), bank filialları, həmçinin expressPay və ASAN ödəniş terminalları vasitəsilə etmək mümkündür.