- Hüquqi şəxsin rəhbərinə dair: hüquqi şəxsin nizamnaməsinin surəti (notariat
qaydasında təsdiq edilmiş), reyestrdən çıxarışın surəti (notariat qaydasında təsdiq edilmiş),
rəhbər təyin olunmasına dair təsisçilərin qərarının surəti, hüquqi şəxsin dövriyyəsinin müəyyən
edilmiş həcmdə olmasına dair sənəd.
Qeyd 1: Reyestrdən çıxarışda hüquqi şəxsin rəhbərinin adı qeyd olunduğu
halda onun rəhbər təyin olunmasına dair təsisçilərin qərarı tələb olunmur.
Qeyd 2: Hüquqi şəxsin dövriyyəsinin müəyyən edilmiş həcmdə olmasına dair
sənəd yalnız eyni əsasla azı 1 il müvəqqəti yaşayanlardan tələb olunmalıdır.
- Hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olanlara dair:
hüquqi şəxsin nizamnaməsinin surəti (notariat qaydasında təsdiq edilmiş), çıxarışın surəti
(notariat qaydasında təsdiq edilmiş), hüquqi şəxsin dövriyyəsinin müəyyən edilmiş həcmdə
olmasına dair sənəd.
Qeyd 1: Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində nəzərdə tutulmuş hallar
əsasında azı 1 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamış əcnəbiyə və
vətəndaşlığı olmayan şəxsə münasibətdə həmin hal o vaxt müvəqqəti yaşamaq icazəsinin verilməsi
(müddətinin uzadılması) üçün əsas hesab edilir ki, onların dövriyyəsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi həcmdə olsun.
Qeyd 2: Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan
nizamnamə kapitalı, işçi sayı, həmçinin hüquqi şəxsin dövriyyəsi ilə bağlı tələblər investisiya
təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə,
habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın
rezidentlərinə şamil olunmur.