Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir və ya müddəti uzadılmır (https://migration.gov.az/content/pdf/5d5e2952be6e9_MM%20(1).pdf).

  1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
  2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
  3. Şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə;
  4. Pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda;
  5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
  6. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla,həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda;
  7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda;
  8. Miqrasiya Məcəlləsinin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;
  9. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda;
  10. Xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
  11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
  12. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
  13. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;
  14. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.

Qeyd. Miqrasiya Məcəlləsinin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilir (https://migration.gov.az/content/pdf/5d5e2952be6e9_MM%20(1).pdf).

  1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
  2. Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
  3. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;
  4. İqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə

yüksək səviyyəli mütəxəssis olduqda;

  1. Miqrasiya Məcəlləsinin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda;
  2. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
  3. Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  4. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  5. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
  6. Miqrasiya Məcəlləsinin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci və 64.0.17-ci maddələrində nəzərdə tutulan hallarda;
  7. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə

məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

  1. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
  2. Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
  3. İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;
  4. Cinayət təqibi orqanlarına yardım göstərdikdə;
  5. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Olduğu yer üzrə qeydiyyata düşmək üçün əcnəbinin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi  internet səhifəsindən elektron xidmətlər, elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsilə və ya regional miqrasiya idarələrinə, yaxud "ASAN Xidmət" mərkəzlərinə müraciət edilməlidir. Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin “elektron xidmətlər” bölməsinə daxil olmaqla “qeydiyyat statusunun yoxlanılması” və “müraciətlərin izlənməsi” xanalarında statusun aktivliyini, həmçinin MİG.AZ mobil tətbiqi vasitəsilə (müraciətlərin izlənməsi pəncərəsində), arayışa daxil olmaqla olduğu yer üzrə qeydiyyat nömrəsini və etibarlılıq müddətini əldə etmək mümkündür.

 

1.  Müvəqqəti olma müddətinin uzadılması üçün

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçid zamanı məcburi dayanma halları istisna olmaqla) müraciət edilməlidir.

2.  Müvəqqəti yaşamaq icazəsi üçün

Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama  müddətinin bitməsinə azı 30 gün qalmış müraciət edilməlidir.

3.  Daimi yaşamaq icazəsi üçün

Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış müraciət edilməlidir.

4.   İş icazəsi üçün

İşəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış müraciət etməlidir.

Azərbaycan Respublikası ərazisində 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkəyə daxil olduğu vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində), elektron qaydada (Xidmətin rəsmi internet səhifəsinin - www.migration.gov.az – “Elektron xidmət” pəncərisində yerləşdirilmiş “olduğu yer üzrə qeydiyyata alınma” bölməsinə daxil olmaqla) və ya regional miqrasiya idarələrinə, həmçinin "ASAN xidmət" mərkəzlərinə birbaşa müraciət etməklə qeydiyyata düşməlidirlər.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

 

 

 

-         Viza əsasında gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər - vizada göstərilən qalma müddətinə;

-        Viza tələb olunmayan qaydada gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər - 90 gün qala bilərlər.

 

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatları ilə bağlı heç bir dövlət rüsumu tələb olunmur.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılır:

-  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;

- xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;

- tranzit keçid zamanı nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə;

- tranzit keçid zamanı avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat  hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);

- tranzit keçid zamanı Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda keçidin davam etdirilməsinin xəstənin səhhəti üçün təhlükə törətdiyinə dair həkimin rəyi olmalıdır).

- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda;

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

bir iş günü müddətində verildikdə

 30 günədək

50 manat

60 günədək

100 manat

üç iş günü müddətində verildikdə

30 günədək

30 manat

60 günədək

60 manat

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

bir iş günü müddətində verildikdə

30 günədək

30 manat

60 günədək

60 manat

üç iş günü müddətində verildikdə

30 günədək

15 manat

60 günədək

30 manat

-      Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

-      ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;

-     Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;

-   Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;

-     iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

-     Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;

-   Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

-    xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

-  Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;

-    Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;

 -   Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən işə cəlb edilənlərə;

-  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;

-   kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;  

-   dənizçilərə;

-   ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;

-  incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;

-  Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.- Bu əsaslarla son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bu Məcəllənin 45.1.8–45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.

 

 

 

 

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tututlan hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya I dərəcə əlil olan (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

 

Komissiyada verilən suallar əsasən aşağıdakı mövzuları əhatə edir:

-   Azərbaycan Respublikasının dövlət dili;

- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan Respublikasına gələ, Azərbaycan Respublikasında qala və Azərbaycan Respublikasından gedə bilmələri üçün əməl etməli olduqları qaydalar;

-    Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verildiyi hallar;

-    Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin  74-cü, 75-ci, 76-cı maddələrində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri;

-    Azərbaycan Respublikasının müasir  tarixi və mədəniyyəti.

 

 

 

 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan   Respublikasının ərazisində daimi yaşamaq üçün  icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

otuz beş gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

450 manat

qırx gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

400 manat

əlli gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

350 manat

altmış gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

300 manat

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

otuz beş gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

300 manat

qırx gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

250 manat

əlli gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

200 manat

altmış gün müddətində verildikdə və ya müddəti uzadıldıqda

150 manat

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur