newsPhoto

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqə (qanunvericiliyə uyğun olaraq ixtisas imtahanından azad edilən şəxslər üçün) ELAN EDİR

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan ali təhsilli, texnika və informasiya texnologiyaları sahələri üzrə yüksək biliyə və təcrübəyə malik olan mütəxəssislər aşağıda göstərilən vakant vəzifələrə qulluğa qəbulla əlaqədar müsabiqənin söhbət mərhələsinə dəvət olunurlar:

Vakant vəzifələr:

Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi - 2 yer (inspektor)

Vakant vəzifələrin tutulması şərtləri və s. barədə məlumatlarla buradan tanış ola bilərsiniz.

Söhbət mərhələsində iştirak etmək üçün göstərilən tələblərə cavab verən namizədlərdən 2025-ci il may ayının 19-dan iyun ayının 10-dək tərcümeyi-halını (CV) mövzu hissəsinə "İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis" və "Sistem inzibatçısı" yazaraq kadr@migration.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 


© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur