Gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və onları dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədi ilə yaradılan “Miqrasiya Məktəbi – 5” layihəsi 14.01.2023-cü il tarixdə başlayıb və 08.07.2023-cü ildə başa çatıb.
Azərbaycan Respublikasının müxtəlif universitetlərinin məzun və tələbələrindən ibarət 20 iştirakçı məktəbdə təlimləri uğurla yekunlaşdırıb.
“Miqrasiya məktəbi – 5” layihəsi iştirakçılarının siyahısı
№ | Adı və soyadı |
1. | Vüqarə Əzizova |
2. | Emin Qurbanlı |
3. | Könül İbrahimova |
4. | Jalə Ağayeva |
5. | Günay Məmmədova |
6. | İlqar Abbasov |
7. | Aytac Tağıyeva |
8. | Rövşən Yasinov |
9. | Kəmalə Xankişiyeva |
10. | Mənsurə Abdullayeva |
11. | Ayşəm Mahmudova |
12. | Kübra Əhmədova |
13. | Sevinc Hüseyxanova |
14. | Elgün Nağılı |
15. | Azad Hüseynli |
16. | Çilənay Qəribova |
17. | Çinarə Zülfüqarova |
18. | Teymur Kərimov |
19. | Aytac Kazımova |
20. | Amanova Elanə |
“Miqrasiya məktəbi – 5” layihəsinin tədris planı
Mövzu | Təlimin tarixi | |
1 | Layihə barədə ümumi məlumat və tanışlıq | 14.01.2023 |
2 | Beynəlxalq miqrasiya hüququ | 21.01.2023 |
3 | Azərbaycanda əcnəbilərin olma və yaşama qaydaları | 21.01.2023 |
4 | Miqrasiya statistikası: məlumat mənbələri və istifadə qaydaları | 28.01.2023 |
5 | Miqrasiya barədə məlumat: əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri | 28.01.2023 |
6 | Əcnəbilərin əmək fəaliyyətinin tənzimlənməsi | 04.02.2023 |
7 | Tənzimlənməyən miqrasiya və ona qarşı mübarizə | 04.02.2023 |
8 | Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi | 11.02.2023 |
9 | Liderliyin sirləri | 18.02.2023 |
10 | Qaçqın və sığınacaq məsələləri. | 25.02.2023 |
11 | Təcrübə səfəri: QSMİ-də həyata keçirilən müvafiq prosedurlar barədə əyani məlumatlandırılma | 25.02.2023 |
12 | Vətəndaşlıq məsələləri | 04.03.2023 |
13 | Readmissiya və reinteqrasiya | 04.03.2023 |
14 | İnzibati Xətalar Məcəlləsi - (miqrasiya sahəsində hüquqpozmalar) | 11.03.2023 |
15 | Könüllülük hərəkatı – “Miqrasiya könüllüsü” İctimai Birliyinin nümunəsində | 11.03.2023 |
16 | Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu | 01.04.2023 |
17 | DMX-da müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası | 08.04.2023 |
18 | Təcrübə səfəri: Qanunsuz miqrantların saxlanması mərkəzi ilə tanışlıq | 08.04.2023 |
19 | Beynəlxalq qaçqınların himayəsi, miqrasiyanın idarə edilməsində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının rolu | 15.04.2023 |
20 | Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu | 15.04.2023 |
21 | Emosional Zəka | 29.04.2023 |
22 | Media savadlılığı | 29.04.2023 |
23 | Miqrasiya idarəçiliyində beynəlxalq təşkilatların rolu (ICMPD) | 06.05.2023 |
24 | Ünsiyyət bacarıqları | 06.05.2023 |
25 | Azərbaycan Respublikasının miqrasiya siyasəti | 13.05.2023 |
26 | Təcrübə səfəri: Xaçmaz regional miqrasiya idarəsinin, Quba ASAN Xidmət mərkəzinin miqrasiya bölməsinin işi ilə tanışlıq və Quba Soyqırımı Memorial Kompleksinə ziyarət | 20.05.2023 |
27 | İnsan alverinə qarşı mübarizə | 27.05.2023 |
28 | Miqrant qaçaqçılığı və ona qarşı mübarizə | 27.05.2023 |
29 | Miqrantların əmək hüquqları və onların müdafiəsi | 03.06.2023 |
30 | Dünyada Azərbaycan diasporu | 03.06.2023 |
31 | Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları | 10.06.2023 |
32 | Azərbaycanda turizmin inkişafı və perspektivlər | 10.06.2023 |
33 | Azərbaycan Respublikasının viza siyasəti | 17.06.2023 |
34 | Azərbaycanda əcnəbilər üçün təhsil imkanları. Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları | 17.06.2023 |
35 | Azərbaycan Respublikasında məcburi köçkünlərin hüquqlarının qorunması və qanuni mənafelərinin təmin edilməsi | 24.06.2023 |
36 | Azərbaycan Respublikasının viza siyasəti | 24.06.2023 |
37 | Təcrübə proqramı | (26.06.2023-08.07.2023) |