Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt Miqrasiya üzrə Qlobal Pakt Birləşmiş Millətlər Təşkilatının himayəsi altında hazırlanmış, beynəlxalq miqrasiyanın bütün aspektlərini vahid və hərtərəfli şəkildə əhatə edən ilk hökumətlərarası sazişdir. Bu, dövlətlərin ərazisinə kimin daxil olub-olmadığını müəyyən etmək üçün dövlətlərin suveren hüququna hörmət edən və miqrasiya üzrə beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirən məcburi olmayan sənəddir. Saziş 19 dekabr 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən rəsmi olaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası 2018-ci ildə Qlobal Pakta qoşulan ilk ölkələr sırasında olmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur