Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

“Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın  həyata keçirilməsini, monitorinqini və nəzərdən keçirilməsini dəstəkləyən Birləşmiş Millətlər Təşkilatı tərəfindən Üzv Dövlətlərə effektiv, vaxtında və əlaqələndirilmiş qaydada dəstək göstərmək üçün BMT-nin Miqrasiya Şəbəkəsi yaradılmışdır. Şəbəkə BMT-nin ümumi sistem yanaşmasını önə çəkərək fəaliyyət göstərir. BMT-nin Miqrasiya Şəbəkəsinin koordinatoru və katibliyi funksiyasını Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) icra edir. BMT-nin Miqrasiya Şəbəkəsi BMT-nin Üzv Dövlətlərində və regional səviyyədə yaradıla bilər.

Azərbaycanda BMT-nin Miqrasiya Şəbəkəsi 2020-ci ilin iyul ayında yaradılmışdır. Şəbəkənin yeni bilik, bacarıqlar, təcrübələr və digər faydaları əldə etməklə yanaşı, miqrasiya ilə bağlı məlumat, statistika və Azərbaycanın mövcud ən yaxşı təcrübələrinin digər dövlətlərlə bölüşülməsində əlverişli vasitə olacağı gözlənilir. Azərbaycanda BMT-nin Miqrasiya Şəbəkəsinin Katibliyi funksiyası BMqT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən həyata keçirilir. BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMqT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Şəbəkənin həmsədrləridir. Azərbaycanın müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, QHT-lərin, ali təhsil müəssisələrinin, diplomatik nümayəndəliklərin və digər maraqlı tərəflərin nümayəndələri Şəbəkənin iki koordinasiya görüşündə iştirak etmişlər.

Səhifənin son yenilənmə tarixi: 20.01.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti