Müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) üçün müraciətlər “ASAN Xidmət” mərkəzləri, regional miqrasiya idarələrində və elektron qaydada (www.migration.gov.az saytında elektron xidmətlər bölməsinə keçid etməklə “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (müddətinin uzadılması) elektron xidmətinə (https://eservice.migration.gov.az/login?returnUrl=%2Fapp%2Foffical-application-create%2F2) daxil olmaqla) qəbul olunur.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır):
  1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
  2. Miqrasiya Məcəlləsinin 45.1.3-45.1.3-2-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;
  3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
  4. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda;
  5. Nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;
  6. Iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
  7. Miqrasiya Məcəlləsinin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda;
  8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
  9. Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  10. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda;
  11. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
  12. Miqrasiya Məcəlləsinin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda;
  13. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
  14. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda;
  15. Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
  16. İnsan alverindən zərər çəkmiş şəxs hesab olunduqda;
  17. Cinayət təqibi orqanlarına yardım göstərdikdə;
  18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.

Digər hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “dövlət rüsumları” bölməsinə (https://www.migration.gov.az/az/useful/62) daxil olaraq tələb olunan dövlət rüsumları barədə məlumatı əldə edə bilərsiniz.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan hallar mövcud olduqda, müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış müraciət etməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti, nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.

Müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir.

Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim edilmədikdə verilmiş icazə ləğv edilir.

Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:
  1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
  2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
  3. Şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (Miqrasiya Məcəlləsinin 46.8-ci maddəsi nəzərə alınmaqla);
  4. Pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda;
  5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulan xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
  6. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda;
  7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda;
  8. Miqrasiya Məcəlləsinin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;
  9. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda;
  10. Xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
  11. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
  12. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
  13. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;
  14. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.
Miqrasiya Məcəlləsinin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi ilə təmin olunmalıdırlar. Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş (15 iş günü20 iş günü) müddətlərdə baxılır və müvafiq qərar qəbul edilir.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənilməsi” (https://eservice.migration.gov.az/public/application-track) elektron xidmətindən müraciətin statusunu, “Miqrasiya sahəsi ilə bağlı dövlət rüsumlarının və cərimələrin ödənişi üzrə axtarış” (https://eservice.migration.gov.az/public/payments-search) elektron xidmətindən ödəniş kodunu əldə etməklə, “Miqrasiya sahəsi ilə bağlı dövlət rüsumlarının və cərimələrin elektron ödənilməsi” (https://eservice.migration.gov.az/?payments=show) elektron xidməti vasitəsilə elektron qaydada, həmçinin bank filialları, expressPay, ASAN ödəniş terminalları vasitəsilə də ödənişləri etmək mümkündür.

Müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

Miqrasiya Məcəlləsinin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər və bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilir:
  1. Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda;
  2. Miqrasiya Məcəlləsinin 52.1.3-52.1.5-ci maddələrində nəzərdə tutulmuş hallar da nəzərə alınmaqla, ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı 500.000 manat olduqda;
  3. Azərbaycan Respublikasının ərazisində azı 200.000 manat dəyərində daşınmaz əmlakı olduqda;
  4. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 manat məbləğində pul vəsaiti olduqda;
  5. Nominal dəyəri azı 200.000 manat olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olduqda;
  6. Iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
  7. Miqrasiya Məcəlləsinin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda;
  8. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ailə üzvü olduqda;
  9. Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
  10. Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda, bu şərtlə ki, rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxsin dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun;
  11. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, o şərtlə ki, dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olsun.

Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər.

Miqrasiya Məcəlləsinin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün müraciət edə bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Komissiyada verilən suallar əsasən aşağıdakı mövzuları əhatə edir:
• Azərbaycan Respublikasının dövlət dili;
• Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gələ, Azərbaycan Respublikasında qala və Azərbaycan Respublikasından gedə bilmələri üçün əməl etməli olduqları qaydalar;
• Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verildiyi hallar;
• Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 74-cü, 75-ci, 76-cı maddələrində nəzərdə tutulmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri;
• Azərbaycan Respublikasının müasir tarixi və mədəniyyəti.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “dövlət rüsumları” bölməsinə (https://www.migration.gov.az/az/useful/62) daxil olaraq tələb olunan dövlət rüsumları barədə məlumatı əldə edə bilərsiniz.

Aşağıdakı hallarda əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir:
  1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda;
  2. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla);
  3. Şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya Miqrasiya Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (Miqrasiya Məcəlləsinin 53.4-cü maddəsi nəzərə alınmaqla);
  4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə;
  5. Qəsdən ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
  6. Özlərinin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olmadıqda (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla);
  7. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin (onunla gələn ailə üzvlərinin) maddi təminatını üzərinə götürmüş şəxs tərəfindən belə təminatdan imtina etmə ilə bağlı müraciət olunduğu halda, 10 iş günü ərzində özünün və onunla gələn ailə üzvlərinin minimal tələbatının ödənilməsi barədə başqa sənəd təqdim edə bilmədikdə;
  8. Miqrasiya Məcəlləsinin 53.1.14-cü maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə;
  9. Xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;
  10. Daimi yaşamaq üçün icazənin verildiyi gündən hesablanmaqla istənilən bir il ərzində Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu günlərin cəmi 180 gündən çox olduqda (bu hal Miqrasiya Məcəlləsinin 45.1.2-ci və 45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə alan şəxslərə şamil edilmir);
  11. Azərbaycan Respublikasının ərazisində daimi yaşama icazəsinin alınması üçün əsas olmuş hal aradan qalxdıqda və daimi yaşama icazəsinin alınması ilə bağlı Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar olmadıqda;
  12. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə;
  13. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
  14. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə;
  15. Azərbaycan Respublikasının ərazisində daimi yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda;
  16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.

Miqrasiya Məcəlləsinin 50.1.4-cü, 50.1.5-ci, 50.1.6-cı və 50.1.12-ci maddələri ilə müəyyən edilmiş müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina halları insan alverindən zərər çəkmiş hesab olunan və ya cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Daimi yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində ölkə ərazisini tərk etməlidirlər.

İmtina edildiyi gündən etibarən bir ay müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda, təkrar müraciət edilə bilər. Bu halda yalnız imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq edən sənəd təqdim edilir.

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir. Azərbaycan Respublikasında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi üçün Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzinə (https://www.migration.gov.az/az/traineduregis) müraciət edə bilərlər.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş (35 gün, 40 gün, 50 gün və 60 gün) müddətlərdə baxılır və müvafiq qərar qəbul edilir.

Müvəqqəti olma müddətinin uzadılması üçün müraciətlər “ASAN Xidmət” mərkəzləri, regional miqrasiya idarələrində və elektron qaydada (www.migration.gov.az saytının “Elektron xidmətlər” bölməsinə keçid etməklə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması” (https://eservice.migration.gov.az/public/create-mom-application) elektron xidməti vasitəsi ilə) qəbul olunur.

Aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılır:
1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda;
2. Azərbaycan Respublikasında yaşayan yaxın qohumların (ata, ana, ər, arvad, övlad, bacı, qardaş) ağır xəstələnməsi və ya vəfat etməsi halında;
3. Xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin nəzərdə tutulan işləri başa çatdırmadıqları barədə onları ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə;
4. Nəqliyyatın hərəkətinə mane olan təbii fəlakət baş verdikdə;
5. Avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması və ya yol-nəqliyyat hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə);
6. Azərbaycan Respublikasının ərazisindən keçən şəxslər xəstələndikdə (bu halda həkimin həmin şəxsin keçidini davam etdirməsinin sağlamlığı üçün təhlükə yaratması barədə rəyi olmalıdır);
7. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının), övladının, qardaşının, bacısının Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadıldıqda. Tranzit keçid zamanı məcburi dayanma baş verdikdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti Miqrasiya Məcəlləsinin 41–43-cü maddələrinə uyğun olaraq məcburi dayanmanın səbəbləri aradan qalxanadək uzadılır.

Miqrasiya Məcəlləsinin 19.4.3-cü maddəsində nəzərdə tutulan halda xəstə şəxslə birlikdə onun yaxın qohumları olduqda, məcburi dayanma onlara da şamil edilir.

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciət, müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış edilməlidir (tranzit keçid zamanı məcburi dayanma halları istisna olmaqla).

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulan hallarda 60 günədək uzadıla bilər.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “dövlət rüsumları” bölməsinə (https://www.migration.gov.az/az/useful/62) daxil olaraq tələb olunan dövlət rüsumları barədə məlumatı əldə edə bilərsiniz.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş (1 iş günü və 3 iş günü) müddətlərdə müraciətlərə baxılır və müvafiq qərar qəbul edilir.

18 yaşına çatmamış əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti onun valideyni və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında uzadılır.

Müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müraciətə imtina cavabı verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin uzadılması barədə müraciətə baxılanadək onların müvəqqəti olma müddəti bitmişsə, imtina barədə qərarı aldıqdan sonra 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.

Müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərarı təqdim etməklə, dövlət sərhəd buraxılış məntəqələrindən keçərək ölkəni tərk edə bilərlər.

Aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmır:
1. Onların Azərbaycan Respublikasında müvəqqəti olması ölkənin milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda;
2. Onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda;
3. Müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə;
4. Onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda;
5. Onların Azərbaycan Respublikasına girişinə qadağa qoyulduqda;
6. Onların Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmağa əsas olmuş hal aradan qalxdıqda;
7. Onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya digər sərhədkeçmə sənədlərinin etibarlılıq müddətinin bitməsinə 1 aydan az vaxt qaldıqda, onların ölkədə müvəqqəti olma müddəti uzadılmır.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindəki “Elektron xidmətlər” bölməsinə daxil olaraq “Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənilməsi” (https://eservice.migration.gov.az/public/application-track) elektron xidməti vasitəsilə müraciətin statusunu yoxlamaq, “Miqrasiya sahəsi ilə bağlı dövlət rüsumlarının və cərimələrin ödənişi üzrə axtarış” (https://eservice.migration.gov.az/public/payments-search) elektron xidməti vasitəsilə ödəniş kodunu əldə etməklə, “Miqrasiya sahəsi ilə bağlı dövlət rüsumlarının və cərimələrin elektron ödənilməsi” (https://eservice.migration.gov.az/?payments=show) elektron xidməti vasitəsilə, həmçinin bank filialları, expressPay və ASAN ödəniş terminalları vasitəsilə ödənişi həyata keçirmək mümkündür.

İş icazəsi alınması üçün (viza rejimli ölkələr üçün) müraciət zamanı əmək vizası və ya işgüzar səfər vizası tələb olunur.

Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:
1. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
2. Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
3. Diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
4. Beynəlxalq təşkilatlarda işləyənlərə;
5. Beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
6. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
8. Azərbaycan Respublikasında akkreditə olunmuş media subyektlərinin əməkdaşlarına;
9. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayaraq Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
10. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;
11. Dənizçilərə;
12. Ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
13. İncəsənət işçilərinə, idmançılara və müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə;
14. Dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
15. Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərlərinə və onların müavinlərinə;
16. Azərbaycan Respublikasında təsis edilmiş, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə);
17. Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
18. Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
19. İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;
20. Himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı olanlara;
21. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə;
22. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə;
23. Texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə.

İş icazəsinin alınması (müddətinin uzadılması) üçün müraciətlər “ASAN Xidmət” mərkəzləri, regional miqrasiya idarələrində və elektron qaydada (www.migration.gov.az saytında “Elektron xidmətlər” bölməsinə keçid etməklə “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi” və “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin müddətinin uzadılması” ( https://eservice.migration.gov.az/login?isFullAsan=ok&returnUrl=%2Fapp%2Foffical-application-create%2F9; https://eservice.migration.gov.az/login?isFullAsan=ok&returnUrl=%2Fapp%2Foffical-application-create%2F10 ) elektron xidmətlərinə daxil olmaqla) qəbul olunur.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər mövcud vakant iş yerlərinin tələblərinə uyğun ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının həmin vəzifəyə iddia etməməsi, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan tələbatını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanlarının olmaması ilə bağlıdır.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “dövlət rüsumları” bölməsinə (https://www.migration.gov.az/az/useful/62) daxil olaraq tələb olunan dövlət rüsumları barədə məlumatı əldə edə bilərsiniz.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə uyğun həmin qanunda nəzərdə tutulmuş (10 iş günü, 15 iş günü və 20 iş günü) müddətlərdə müraciətlərə baxılır və müvafiq qərar qəbul edilir.

Daxili əmək bazarının tələbatı nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına əmək miqrasiyasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məhdudiyyət qoyula bilər.

Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda da ona iş icazəsinin alınması üçün müraciət edə bilərlər.

İş icazəsi 1 il müddətinə verilir (əgər əmək müqaviləsi 1 ildən az müddətə bağlanılırsa, o zaman həmin müddətə verilir). Miqrasiya Məcəlləsinin 69.1-1-ci maddəsi nəzərə alınmaqla (işğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə) iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər, digər hallarda isə hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər.

İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda işəgötürən bu barədə 5 iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, həmin şəxsə verilmiş iş icazəsi qüvvəsini itirir.

Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalmaq üçün başqa əsası olmadıqda, o, 10 iş günü müddətində ölkə ərazisini tərk etməlidir.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları üçün 30 gün ərzində) həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün elektron qaydada Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” (https://e-regv2.migration.gov.az/Security/SignIn?lang=az) elektron xidmətinə, elektron poçt (qeydiyyat@migration.gov.az) ünvanına, həmçinin regional miqrasiya idarələrinə və ya “ASAN Xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də eyni qaydada olduğu yer üzrə qeydiyyata alınmaq üçün müraciət edə bilərlər.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindəki “elektron xidmətlər” (https://eservice.migration.gov.az/?lang=az) bölməsinə daxil olmaqla “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat məlumatlarının yoxlanılması” (https://eservice.migration.gov.az/public/check-registered-user) və “Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənilməsi” (https://eservice.migration.gov.az/public/application-track) elektron xidmətlərindən istifadə etməklə statusun aktivliyini, qeydiyyat nömrəsini və etibarlılıq müddətini əldə etmək mümkündür.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində Miqrasiya Məcəlləsinin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyatda olduğu mənzilin sahibinə məxsus başqa bir mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, yenidən qeydiyyata alınması tələb olunmur.

– Viza əsasında gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən müddətə;
– Viza tələb olunmayan qaydada gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 90 gün qala bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı heç bir dövlət rüsumu tələb olunmur.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə anketini və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin (viza səhifəsi və ölkəyə son girişi göstərilən səhifələr daxil olmaqla) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt ünvanı və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Olduğu yer üzrə qeydiyyata alınmadan sonra 1 iş günü ərzində bu barədə müraciət edən şəxsə məlumat verilir.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, 5 iş günü ərzində yeni ünvan barədə məlumat verməli və həmin ünvana qeydiyyata alınmalıdır. Qeyd edək ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyatda olduğu mənzilin sahibinə məxsus başqa mənzildə müvəqqəti qaldıqda yenidən qeydiyyata alınması tələb olunmur.

Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama inzibati məsuliyyətə cəlb olunma üçün əsasdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəfin və ya şəxsin özü tərəfindən Dövlət Miqrasiya Xidmətinə verilmiş məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

Mehmanxanalarda qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmaları üçün müraciət mehmanxanalar tərəfindən olunmalıdır. Bununla belə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də Miqrasiya Məcəlləsinin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada olduğu yer üzrə qeydiyyata alınmaları üçün müraciət edə bilərlər.

Olduğu yer üzrə qeydiyyata alınmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəni tərk etdikləri andan qeydiyyatdan çıxarılmış hesab olunurlar. Bu səbəbdən ölkəyə yenidən giriş etdikləri təqdirdə 15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları 30 gün ərzində) olduğu yer üzrə qeydiyyata alınmaq üçün müraciət etməlidirlər.

15 gün ərzində (Qazaxıstan Respublikasının vətəndaşları üçün 30 gün ərzində) olduğu yer üzrə qeydiyyata alınmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati məsuliyyətə cəlb olunduqdan sonra qeydiyyata alınmaq üçün müraciət edə bilərlər. Bu halda vizalı qaydada gələnlər vizada göstərilən qalma müddətini, vizasız qaydada gələnlər isə 90 günlük müddəti keçməməlidirlər.

Müraciətləri poçt vasitəsilə, “ASAN Xidmət” mərkəzləri, regional miqrasiya idarələrində, həmçinin elektron qaydada (https://www.migration.gov.az/az/apply) ünvanlamaq olar.

Vətəndaşların müraciətlərinə ən gec 15 iş günü müddətində, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən gec 30 iş günü müddətində baxılır.

Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinə (https://www.migration.gov.az/az/form/2) daxil olmaqla qəbula yazılmaq mümkündür.

Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və ya xitam verilməsinə dair məsələlərlə bağlı Dövlət Miqrasiya Xidmətinə (regional miqrasiya idarələri, “ASAN Xidmət” mərkəzləri və ya elektron qaydada (https://eservice.migration.gov.az/login?isFullAsan=ok&returnUrl=%2Fapp%2Foffical-application-create%2F4); (https://eservice.migration.gov.az/login?isFullAsan=ok&returnUrl=%2Fapp%2Foffical-application-create%2F5); (https://eservice.migration.gov.az/login?isFullAsan=ok&returnUrl=%2Fapp%2Foffical-application-create%2F6)) müraciət edirlər, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edirlər.

Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsini təsdiq edən sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs, mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq, qanunvericiliyə müvafiq şəkildə öz ərizəsi əsasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşaması müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin ikinci hissəsində sadalanan məhdudiyyətlər nəzərə alınmaqla, şəxs Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşlığı aşağıdakı hallarda xitam olunur:
1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxma nəticəsində;
2) Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi nəticəsində;
3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4) Qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunla müəyyən edilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları 1 ay müddətində bu barədə yazılı məlumat verməlidirlər. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə birbaşa Xarici İşlər Nazirliyinə) məlumat verirlər. Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi dolduraraq, onu internet informasiya ehtiyatı (https://eservice.migration.gov.az/public/create-vqa-application), poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər.

Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə bilavasitə və ya dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti, qaçqın statusunun verilməsi barədə vəsatətin qeydiyyata alındığı gündən etibarən üç ay müddətində qəbul edir və bu barədə beş gün ərzində şəxsə yazılı bildiriş göndərir. İmtina barədə qərar qəbul olunduqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu barədə məlumat verilir.

"Qaçqın" statusu almış şəxsə və onun ailə üzvlərinə Dövlət Miqrasiya Xidməti tərəfindən "Qaçqın vəsiqəsi" və Azərbaycan Respublikasından kənarda hərəkət etmək hüququ verən Yol sənədi verilir.

Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı icraata şəxsin özünün, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır.

Sorğular qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxılır. Toplanmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanılmasına ehtiyac olduqda, müddət 20 günədək uzadıla bilər və bu barədə Dövlət Miqrasiya Xidməti sorğu verən tərəfə məlumat verir.

© 2025 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur