“Azərbaycanda miqrasiya siyasəti: nailiyyətlər və inkişaf perspektivləri” mövzusu üzrə Respublika elmi-praktiki konfransın ELANI


Elmi-praktiki konfransın məqsədi:  Dövlətin miqrasiya siyasəti sahəsində həyata keçirilən tədbirlərin və aparılan işlərin cəmiyyətdə daha geniş təbliğ olunması, miqrasiya sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması və həmin mövzularda  tədqiqat və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların cəlb edilməsi, həmçinin onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsinin təşkil edilməsidir.

Konfransın istiqamətləri aşağıdakılardır:

- Miqrasiya siyasəti və insan hüquqları;

-Qloballaşma dövründə miqrasiya prosesləri: çağırışlar və cavab tədbirləri;

 -Qaçqınlar və sığınacaq axtaran şəxslərin beynəlxalq himayəsi.

Konfransın təşkilat komitəsinə işlər 15 oktyabr 2016-cı il tarixdən başlayaraq 15 yanvar  2017-ci il tarixədək təqdim oluna bilər.

İşlər rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə şəxsən təqdim olunmalıdır.

Tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti

2. İştirakçının anket forması

Əlaqə məlumatları:

Bakı şəhəri, Binəqədi şossesi, Dövlət Miqrasiya Xidmətinin inzibati binası;

E-poçt: namik.c@migration.gov.az;

Tel/faks: (+99412) 565-61-18 (19, 20) Daxili: 545;

               (050) 318-87-07;

Əlavə məlumat almaq üçün DMX-nin migration.gov.az səhifəsinə müraciət etmək olar.

Konfransın əlaqələndirici şəxsi: Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi rəisinin müavini Namik Cəfərov.

 

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur