Miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar ixtisas imtahanından azad edilən şəxslər üçün elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ:
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək hər bir namizədə onun vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını (xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930 nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”) tətbiq etmək sahəsində bilik və bacarığının müəyyən edilməsi, həmçinin peşəkar keyfiyyətlərinin (ümumi dünyagörüşü, özünü təqdimetmə, fikir və rəyini ifadəetmə, təmkinlilik, təşəbbüskarlıq, analitik düşünmə, problemləri həlletmə və s.) qiymətləndirilməsi üçün müvafiq suallar veriləcək.