Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə qulluğa qəbulla əlaqədar elan edilmiş müsahibədə iştirak edəcək namizədlərin NƏZƏRİNƏ
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsahibədə iştirak edəcək hər bir namizədə onun vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını (“Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 371 nömrəli Qanunu, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı, “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı,) tətbiq etmək sahəsində bilik və bacarığının müəyyən edilməsi, həmçinin peşəkar keyfiyyətlərinin ümumi (dünyagörüşü, özünü təqdimetmə, fikir və rəyini ifadəetmə, təmkinlilik, təşəbbüskarlıq, problemləri həlletmə və s.) qiymətləndirilməsi üçün müvafiq suallar veriləcək.