Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə qulluğa qəbulla əlaqədar müsahibə ELAN EDİR


Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq tibb sahəsi üzrə ən azı orta ixtisas təhsilli Azərbaycan Respublikasının vətəndaşları aşağıda qeyd olunan vakant vəzifələrə qulluğa qəbulla əlaqədar müsahibəyə dəvət olunurlar:

  • Tibb müəssisəsi-1 yer (kiçik inspektor-baş tibb bacısı)
  • Tibb müəssisəsi-1 yer (kiçik inspektor- tibb bacısı)
  • Tibb müəssisəsi-1 yer (kiçik inspektor-laborant)

*Qeyd:

Vakant vəzifələrin tutulması şərtləri və s. barədə məlumatlarla buradan tanış ola bilərsiniz.

Vakant  vəzifəni tutmaq məqsədilə keçiriləcək  müsahibə zamanı sertifikasiyadan  keçən, ümumi dünyagörüşünə, həmçinin özünü təqdimetmə, kollektivdə işləmək, hadisələrə çevik reaksiya vermək, yaradıcılıq və təşəbbüskarlıq xüsusiyyətlərinə, kompüter və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.  

Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək arzusu olan şəxslər vakant olan yalnız bir vəzifəyə qulluğa qəbul edilməsi üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Kadrlar uçotunun şəxsi vərəqəsi;
  • ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti; 
  • təhsil haqqında sənədin surəti;
  • hərbi biletin surəti (olduğu təqdirdə);
  • əmək kitabçasının surəti (olduğu təqdirdə);
  • 2 (iki) ədəd fotoşəkil (3x4sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün sənədlər 2024-cü il sentyabr ayının 16-dan oktyabr ayının 16-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur. 

Əlaqə nömrəsi: (012) 562-53-01


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur