Miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar ixtisas imtahanından azad edilən şəxslər üçün elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ:
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək hər bir namizədə onun vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını;
- “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu,
- “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublıkasının 1997-ci il 26 iyun tarixli 360-IQ nömrəli Qanunu,
- “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 371 nömrəli Qanunu,
- “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 725-IQ nömrəli Qanunu,
- “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı,
- “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı,
- “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı tətbiq etmək sahəsində bilik və bacarığının müəyyən edilməsi, həmçinin peşəkar keyfiyyətlərinin (ümumi dünyagörüşü, özünü təqdimetmə, fikir və rəyini ifadəetmə, təmkinlilik, təşəbbüskarlıq, analitik düşünmə, problemləri həlletmə və s.) qiymətləndirilməsi üçün müvafiq suallar veriləcək.