Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün ixtisas imtahanından azad edilən şəxslər üçün müsabiqə ELAN EDİR
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olan, ali təhsilli, həkim vəzifəsi üzrə qulluğa qəbul üçün müraciət edən şəxslər (praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna və iddia etdiyi vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olduqda) müsabiqənin söhbət mərhələsinə dəvət olunurlar:
Vakant vəzifələr:
- Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi - 1 yer (inspektor-həkim)
- Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi - 1 yer (inspektor-həkim)
Vakant vəzifələrin tutulması şərtləri və s. barədə məlumatlarla buradan tanış ola bilərsiniz.
Söhbət mərhələsində iştirak etmək üçün namizədlər şəxsən sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (kişilər üçün), əmək kitabçasının surəti, 2 (iki) ədəd fotoşəkil (3x4sm ölçüdə)) 2024-cü il sentyabr ayının 30-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.
Qeyd: Xarici dil bilmə səviyyəsi yüksək olan şəxslərə üstünlük veriləcək.