Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasının məlumatı


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 24 may – 22 iyun 2023-cü il tarixlərində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin seçilməsi məqsədi ilə namizədlərin qeydiyyatı barədə elan verilmişdir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun və “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, 15 nəfərin namizədliyi qeydə alınmışdır.

Bir daha bildiririk ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda 19.07.2023-cü il tarixdə saat 10:00-dan 16:00-dək Bakı şəhəri regional miqrasiya baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) gizli səsvermə yolu ilə seçiləcəkdir. 

Səsvermədə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçkilərin təşkilini həyata keçirən Seçki Komissiyasına təqdim etməlidir:

- səsvermədə iştirak edəcək təmsilçinin şəxsiyyət vəsiqəsinin surəti;

- vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

- təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

- səsvermədə iştirak edəcək təmsilçinin əlaqə vasitəsi (elektron poçt ünvanı, telefon nömrəsi)

 

Məlumatlar 08.07.2023-cü il tarixədək iş günləri saat 09:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya info1@migration.gov.az elektron poçtu vasitəsilə təqdim oluna bilər. 

Namizədliyi qeydə alınmış şəxsləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini seçki gününə bir gün qalanadək, Dövlət Miqrasiya Xidmətinə şəxsən və ya info1@migration.gov.az elektron poçtu vasitəsilə məlumat verməklə seçki prosesini izləməyə dəvət edirik.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə namizədliyi qeydə alınmış Azərbaycan Respublikası vətəndaşlarının siyahısı

  1. Əliyev Fuad Ağasi oğlu, “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” İctimai Birliyi
  2. Gözəlova Günel Salam qızı, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi
  3. İsmayılov Nadir Nəbi oğlu, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi
  4. Vəliyev Asim Nazim oğlu, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” İctmai Birliyi
  5. İskəndərli Ramil Əvəz oğlu, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
  6. Hüseynova Məhsəti Əli qızı, “Gənclərin Töhfəsi” İctimai Birliyi
  7. Şükürov Adil Arif oğlu, “Miqrasiya Könüllüsü” İctimai Birliyi 
  8. Kətanov Məmməd Teymur oğlu, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”
  9. Fərzəliyev Əli Vələhəd oğlu, “ Avrasiya Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi
  10. Bağırov Ağamirzə Əhməd oğlu, “Gənc Hüquqşünaslar” İctimai Birliyi
  11. Mehtiyeva Rahilə İbrahim qızı, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
  12. Şəkiyev Tariyel Zal oğlu
  13. Sadiqli Vüqar Anar oğlu
  14. Abbasova Nigar Emin qızı
  15. Muradov Mahir Tahir oğlu

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur