Miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar ixtisas imtahanından azad edilən şəxslər üçün elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək namizədlərin NƏZƏRİNƏ:
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək hər bir namizədə onun vəzifə borclarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını (xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”) tətbiq etmək sahəsində bilik və bacarığının müəyyən edilməsi, həmçinin peşəkar keyfiyyətlərinin (ümumi dünyagörüşü, özünü təqdimetmə, fikir və rəyini ifadəetmə, təmkinlilik, təşəbbüskarlıq, analitik düşünmə, problemləri həlletmə və s.) qiymətləndirilməsi üçün müvafiq suallar veriləcək.
Söhbət mərhələsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş qrafikə uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) keçiriləcək.
Namizədlərə söhbət mərhələsinin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.