Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 27 may saat 15:00-da vətəndaş qəbulu keçirəcək.
İştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə buradan qəbula yazıla bilərlər.
Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir. Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.