Bakı şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü olan "Psixososial Reabilitasiya və İnkişaf" İctimai Birliyi tərəfindən “Bakı şəhərində məskunlaşmış əcnəbilərin psixoloji adaptasiyasına və onların cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi həyata keçirilir.
Sözügedən layihə çərçivəsində sosioloqlar və psixoloqlar tərəfindən Bakı şəhərində məskunlaşmış 50 miqrant arasında sorğunun keçirilməsi və onların psixoloji vəziyyətinin dəyərləndirilməsi nəzərdə tutulur. Sorğunun nəticəsi olaraq psixoterapiyaya və psixoloji dəstəyə daha çox ehtiyacı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müəyyən ediləcək və onlar üçün psixoloji terapiya tədbirləri həyata keçiriləcək.
Tədbirlərdə iştirak etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (+994) 502448004 mobil nömrəsi ilə əlaqə saxlaya və ya müvafiq məlumatları (şəxsin adı, soyadı, atasının adı, vətəndaşlığı, faktiki yaşadığı ünvan, əlaqə nömrələri) office@prim.az elektron poçtu vasitəsilə təqdim edə bilərlər.